Cümə , Yanvar 21 2022
Ana səhifə / Şou Biznes / Zabit Səmədov “Kuruluş Osman”dan ayrılma səbəbini açıqladı

Zabit Səmədov “Kuruluş Osman”dan ayrılma səbəbini açıqladı

Azərbaycanın məşhur idmançısı Zabit Səmədov Türkiyənin məşhur “Kuruluş Osman” serialında fəaliyyətini davam etdirəcək.

Bu barədə Oxu.Az-a idmançının özü məlumat verib:

“Mən serialda fəaliyyətimi hələ başa vurmamışam. Serialın rejissoru ilə belə qərara gəldik ki, Bakıya qayıdım. Burada özümün döyüş məktəbimlə və yaradacağım promouter şirkəti ilə bağlı görəcəyim işlər vardı. Yalnız son 2 seriyada olmamışam. Nə vaxt serialda yenidən rol alacağım 3-5 yanvar aralığında bilinəcək. Hər şey Bakıdakı işlərimdən asılıdır”.

Qeyd edək ki, Zabit Səmədov 2019-cu ilin noyabrın 20-dən yayımlanan “Kuruluş Osman”ın 35-ci bölümündən etibarən rol almağa başlayıb. O, filmdə Burak Özçivitin oynadığı baş rol “Osman Bəy”in döyüş yoldaşı “Gəncə Bəy”i oynayır.

Həmçinin oxuyun

Kişilərin botoks etdirməsini pisləyən Eltona Ülvidən CAVAB – VİDEO

Müğənni, Əməkdar artist Elton Hüseynəliyevin ”Estetik, botoks kişi üçün deyil!” açıqlaması müzakirə olunmaqdadır və heç …