Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Zabit Səmədov 250 minlik “Galenvagen” aldı -“Xeyirli olsun, Mauqli”

Zabit Səmədov 250 minlik “Galenvagen” aldı -“Xeyirli olsun, Mauqli”

“Mercedes-Benz G-Class”ınız xeyirli olsun, Mauqli
Kik-boksun WBC Muay-thai üzrə dünya çempionu Zabit Səmədov Bakıda özünə yeni avtomobil alıb. Onun budəfəki avtomobili “Mercedes-Galendewagen”dir.
 
Moderator.az-ın məlumatına görə, “Auto Star-Kaukasus” avtosalonu bununla bağlı məlumatı özünün feysbok səhifəsində yayıb. Məlumatda bildirilir ki, Azərbaycan xalqının fəxri, dünya çempionu Zabit Samedov həmin avtosalona üstünlük verib: “Şəxsiyyəti ilə bütün ürəkləri fəth edən çempiona “yolların çempionu” ilə ən çətin yolları ram etməsini arzulayırıq! “Mercedes-Benz G-Class”ınız xeyirli olsun, Mauqli!
Qeyd edək ki, hazırda “Mercedes-Benz G-Classın” bu versiyasının qiyməti 220-250 min dollardır.
Bundan əvvəl Çeçenstan prezidenti Ramzan Kadırov da dostu Zabit Səmədova “Mercedes S-klass” markalı avtomobil bağışlamışdı.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın