Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / “Zəng vurub yardım istədi” – Kərim Təranədən danışdı

“Zəng vurub yardım istədi” – Kərim Təranədən danışdı

“Zəng etdi, səsini eşidəndə telefonu bağladım. Ondan çəkdiyimi çəkmişəm. Neçə dəfə yığdı, gördüm insan pis vəziyyətdədir. Bacardığım qədər Təranəyə əl tutdum. Balasına xatir, bunu etdim”.

Bu sözləri müğənni Kərim Abbasov hazırda həbsdə olan prodüser, keçmiş həyat yoldaşı Təranə Səmədovadan danışıb. İfaçı bildirib ki, Təranə həbs edilməzdən əvvəl ona da zəng vurub. O, jurnalistin “1500 manat maddi yardım etmisən” sualına belə cavab verib:

“Danışmayaq, bizim aramızda baş verib. Düzdür… Keçmişdə qalan keçmişdə qalıb. Yaram, mənimdir. Özünə görə yox, balalarına xatir əl tutdum. O, həbsdən çıxana qədər də balalarına maddi və mənəvi əl tutmağa hazıram. Allah qapısını açsın. Keçmişdə olanı, keçmişdə saxlayıram. Ürəyim onun balalarına yanır, özünə yox. İnsan ağılsızlıq etdi. Təranənin mənə çəkdirdiyini danışsam, ağlayarsınız. Ona halallıq verməyim mümkün deyil”.

Qeyd edək ki, Kərim və Təranə ailəli olub və qalmaqallı şəkildə ayrılıb. Axşam.az

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …