Cümə axşamı , Aprel 9 2020
Ana səhifə / Şou Biznes / Zəvvarlarımızın hamısı Vətənə döndü

Zəvvarlarımızın hamısı Vətənə döndü

Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların hamısı Vətənə qayıdıb.

Zəvvarları bu gün gətirən ilk təyyarə 16:21-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İkinci və zəvvarların son qafiləsini gətirən təyyarə isə axşam saat 18:30-də Bakıya eniş edib.

Azərbaycanlı zəvvarlar bu il sentyabrın 19-dan başlayaraq Vətənə dönməyə başlayıblar. Onlar sentyabrın 19-u, 21-i və 22-si tarixlərində təyyarə ilə qayıdıblar.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 050 zəvvar gedib. Onlardan 60 faizi kişi, 40 faizi qadınlar olub. Bu il ən yaşlı zəvvarın 83, ən gəncinin isə 14 yaşı olub. Qaynarinfo.Az

Həmçinin oxuyun

Xalq artisti səs-küyə səbəb olan görüntülərini paylaşdı – VİDEO

Canlı efirdə yıxılan Xalq artisti Tünzalə Ağayeva səs-küyə səbəb olan görüntülərini özü də paylaşıb. BAKU.WS …

Bir cavab yazın