Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Zərdab sakinləri aprel döyüşlərində şəhid olan əsgərin mükafatlandırılmasını xahiş edirlər

Zərdab sakinləri aprel döyüşlərində şəhid olan əsgərin mükafatlandırılmasını xahiş edirlər

Zərdab rayonu, Böyük Dəkkə kəndinin bir qrup sakini ölkə prezidenti İlham Əliyevə, Müdafiə naziri Zakir Həsənova, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Təhsil Naziri Mikayıl Cabbarova müraciət edib.

Sakinlərin Avropa.info-ya göndərdikləri müraciətdə Böyük Dəkkə sakini, aprel döyüşlərində ölkənin ərazi bütövlüyünün qorunması zamanı misilsiz qəhrəmanlıqlar göstərən, düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını məhv edərək, şəhid olan Abdullazadə Nurlan Rasim oğlunun adının əbədiləşdirilməsi xahiş olunur.

Müraciəti imzalayan kənd sakinləri, şəhid ailələri, kənd icra nümayəndəsi, yerli bələdiyyənin üzvləri şəhid Nurlan Abdullazadənin vaxtilə oxuduğu orta məktəbin kollektivi və şagirdləri Böyük Dəkkə kənd məktəbinə onun adının verilməsini xahiş edirlər.

“Əminik ki, Vətən uğrunda canını fəda edən eloğlumuzun adının əbələşdirilməsinə yardımçı olacasınız”, – deyə müraciətdə vurğulanır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın