Cümə , Avqust 23 2019
Ana səhifə / Şou Biznes / Zəlimxan Yaqub vəfat etdi

Zəlimxan Yaqub vəfat etdi

Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Ailəsindən anspress-ə verilən məlumata görə, o, bir neçə dəqiqə əvvəl vəfat edib.
Zəlimxan Yaqub uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar dializ qəbul etməklə yaşayırdı.
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.
2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.

Həmçinin oxuyun

Manafın qızı ikinci həyat yoldaşından da ayrıldı – VİDEO

Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrılıb.Müğənninin kürəkəni bu gün keçmiş …

Bir cavab yazın