Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Zədələnmiş sevgini qaytarmağı əsl kişilər bacarır” – Gülər Əhmədova

“Zədələnmiş sevgini qaytarmağı əsl kişilər bacarır” – Gülər Əhmədova

“Türkiyə Cumhuriyyəti ətrafında baş verənlərə qapı gözlüyündən baxmayın. Son 20 ili analiz edərək Atatürk dönəmini, Sarıqamış, Çanaqqala savaşlarının səbəblərini araşdırın. Qərb heç bir zaman güclü Türkiyəni sevmədi, onun tarixdə oynadığı rolu bəyənmədi, liderliyini qəbul etmədi. Osmanlı vaxtında belə ordusuna gücü çatmayanda, saraydaxili intriqalarla Türkiyəni çökdürməyə çalışdı”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri sabiq millət vəkili Gülər Əhmədova Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə münasibət bildirirəkən deyib.

G.Əhmədova qeyd edib ki, bu hadisəylə Türkiyə ordusuna ciddi ziyan dəyib:

“Bu gün Ərdoğanı sevmək və sevməmək olar. Amma bilmək lazımdır ki, bu, bir fərd deyil. Sibirdən başlayan bir ərazidə türklər liderdir. Bunu danan varmı? Türk əsgərinin savaş meydanında qarşısına çıxa bilməyənlər daha böyük silaha əl atdılar. Məhmətciyə olan böyük sevgini türklərin ürəyindən silməyə qalxdılar. Bu Qərbin istifadə etdiyi piar gedişdir. Bunu xilaskar sovet ordusuna qarşı istifadə etdilər və artıq 20 ildir ki, bu ordu özünü toparlaya bilmir. Əsas qorxu budur! Vətəndaşlarla ordu arasında olan səmimi telləri qırmaq, inciklik yaratmaq, ordu-vətəndaş məhəbbətinə ləkə salmaq…

İlk baxışda bacarmış kimi görünürlər, amma türk ideologiyası rus-slavyan ideologiyasından fərqlidir. Ərdoğan çevik siyasət yürüdə bilən siyasətçidir. Bir siyasi addımla Suriya əhalisinin kumirinə çevrilə bilib. Atacağı addımlar çox önəmlidir. Zədələnmiş sevgini qaytarmağı əsl kişilər bacarır. İnşallah!”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın