Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Yüzlərlə adam Zığ limanına toplaşaraq neftçiləri gözləyir

Yüzlərlə adam Zığ limanına toplaşaraq neftçiləri gözləyir

“Günəşli” neft platformasının qəza baş vermiş 10-cu özülündə iş növbəsində olan neftçilərin yaxınları bu dəqiqələrdə Zığ limanında toplaşaraq xilas edilmiş şəxslərin gətirilməsini gözləyir. Onlara verilən məlumata görə, gəmi bu limana yan alacaq.

Virtualaz.org saytının müxbiri hadisə yerindən xəbər verir ki, limanın giriş qapısı qarşısında yüzlərlə adam toplaşıb, lakin onlar içəri buraxılmır. Ərazi ciddi polis nəzarəti altındadır. Neft Şirkətinin mühafizəçiləri də limana girişi qoruyur.

Limanın qarşısına toplaşanlardan biri virtualaz.org saytının müxbirinə deyib ki, limanın həyətində bir neçə təcili tibbi yardım maşını və həkim briqadaları hazır vəziyyətdə gözləyir.

 

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın