Ana səhifə / Şou Biznes / “Yüyürək at özünə qamçı vurdurmaz” – Azərbaycanlı alim qadına qarşı şiddəti dəstəklədi – VİDEO

“Yüyürək at özünə qamçı vurdurmaz” – Azərbaycanlı alim qadına qarşı şiddəti dəstəklədi – VİDEO

Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramında ekspert qismində iştirak edən Sabir Əlihüseynlinin çıxışı hiddətlə qarşılanıb.
 
BAKU.WS
xəbər verir ki, akademik və fəlsəfə doktoru kimi təqdim edilən alim proqrama kömək üçün üz tutan qadının əri tərəfindən vəhşicəsinə döyülməsinə haqq qazandırıb.  

“Ata-baba misalımız var: “Yüyrək at özünə qamçı vurdurmaz”. Bu qadın döyülübsə, öz günahı olmamış deyildir!”

Ziyalı birinin qadını atla müqayisə etməsi və şiddəti dəstəkləməsi hər kəs tərəfindən təəssüflə qarşılanıb. Onun belə bir fikir səsləndirməsi qadınların qəzəbinə səbəb olub və sosial şəbəkənin qadın istifadəçiləri ona etiraz ediblər.


Maraqlıdır ki, həmin bu Sabir Əlihüseynli Moldovadan gələn Svetlana adlı rus xanımın Azərbaycandan olan ailəli kişi ilə eyni evdə yaşamasına haqq qazandırıb.  

Qeyd edək ki, Sabir Tağıyev (Əlihüseynli) Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, pedoqoji elmlər namizədidir. 

Zülfiyyə Qurbanova

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …