Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Yol polisinin keçirdiyi reyddə GÜLMƏLİ ANLAR – VİDEO

Yol polisinin keçirdiyi reyddə GÜLMƏLİ ANLAR – VİDEO

Əvvəlcə yol polisinə «içmişəm, sonra «içməmişəm» deyən, sənədsiz maşın sürən, kateqoriyası olmadan sərnişin daşıyan, sükan arxasında sərxoş əyləşən, maşınına mal-heyvan səsi çıxaran siqnal quraşdıran sürücülər bu videoda əksini tapıb.
Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi bu reyd Tovuz rayonunu əhatə edir. Burada inspektorların sürücülərlə davranışı, texniki vasitələrlə təminatı maraq doğurub. Belə ki, avtomobilin şüşələrinin tündləşdirilməsini ölçmək üçün xüsusi cihazı tətbiq edən inspektor sürücünün hay-küyünə son qoyub və sübut edib ki, o, həqiqətən də qayda pozub.
Daha sonra sərxoş halda tutulan sürücünün yol polislərini şərləməyə cəhd göstərməsi maraq doğurur. O, «maşınımda 10 min manat var» deyərək, aradan çıxmağa çalışsa da, istəyinə nail ola bilmir.
Kiçik nöqsanları çıxmaqla reyd zamanı polis əməkdaşlarının davranışı və pozulan qayda pozuntuları üzrə sürücülərə ətraflı məlumat verməsi, sərnişinləri də məlumatlandırması alqışa layiqdir. Sərnişin daşımaq üçün sürücülük hüququ olmayan sürücünün, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən şəxsin, polisə tabe olmayıb qaçanların əks olunduğu bu videoda çox maraqlı məqamlar əksini tapdığı üçün oxucularla paylaşmaq qərarına gəldik. Videonun nə vaxt çəkildiyi bilinməsə də, sosial şəbəkələrdə iyul ayında yayılıb.  avtosfer.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın