Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / Yol Polisinin 22 ildir dəyişməyən 65 yaşlı şefi

Yol Polisinin 22 ildir dəyişməyən 65 yaşlı şefi

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bu vəzifəyə təyinatının 22 ili tamam olacaq. Artıq 22-ci ildir general Ramiz Zeynalov ölkənin yol polisinin şefidir.

Qeyd edək ki, Azərbaycanda ilk yol polisi idarəsi – Dövlət Avtomobil Müfəttişliyi 1936-cı ildə keçmiş SSRİ-nin Xalq Komissarları Sovetinin qərarı ilə yaradılaraq, Daxili İşlər Xalq Komissarlığının tabeçiliyinə verilib.

Respublika Dövlət Avtomobil Müfəttişliyi ötən əsrin ortalarında indiki Fəvvarələr meydanının yaxınlığında, müxtəlif ticarət obyektlərinin, yaşayış binalarının əhatəsində ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşib. Müfəttişliyə vaxtilə D.Kondakov, Nüsrət Bağırov, Xəyyam Mahmudov, Fətulla Hüseynov, Əhliman Hüseynov, Rizvan Nəcəfov rəhbərlik ediblər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Dövlət Avtomobil Müfəttişliyində onun adından başlamış işinədək ciddi dəyişikliklər edildi, yeni qanunvericilik bazası yaradılıb.

1994-cü ilin əvvəlində daxili işlər naziri postuna təyinat alan general Ramil Usubov bir müddət sonra Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyini dəyişdirib. Belə ki, həmin il nazirin əmri ilə indi polis general-mayoru olan Ramiz Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə gətirilib. Bu təyinatın artıq 22 ili tamam olacaq.

Əslən Tovuz rayonunun Qovlar qəsəbəsindən olan general Ramiz Zeynalov artıq 22-ci ildir eyni vəzifədə çalışır. Onun qardaşı Tofiq Zeynalov isə hazırda Tovuz rayonu İcra Hakimiyyətinin başçısıdır.

Modern.az saytının məlumatına görə, bu gün – fevralın 19-da Ramiz Zeynalov ad gününü qeyd edir, onun 65 yaşı tamam olub.

Media illərdir general Ramiz Zeynalovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsindən azad ediləcəyini yazsa da, hələ ki bu proqnozların heç biri özünü doğrultmur. Onun rəhbərlik etdiyi idarənin adı əksər hallarda xoşagəlməz hadisələrdə hallanmaqdadır. Xüsusilə sürücülük vəziqəsinin verilməsində və yol patrul xidmətinin işindəki qüsurlar önə çəkilir.

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …

Bir cavab yazın