Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / «Yol polisi bizi intihar həddinə çatdırıb»

«Yol polisi bizi intihar həddinə çatdırıb»

İsmayıllı rayonu Kürdmaşı kəndində məskunlaşmış Ağdam rayonunun Mərzili kəndindən məcburi köçkün Rəhimov Azər Nəsib oğlu yol polisindən şikayətçidir.

O bildirir ki, polis əməkdaşı 2014-ci ildə onun adına iki protokol tərtib edib. Amma protokolların saxta olması barəsində şikayət etdikdən sonra onlardan biri ləğv edilib. Bununla belə, şikayət etdiyinə görə ona tez-tez problem yaradılır.

“İsmayıllının yol polisi mənə və ailə üzvlərimə mənəvi təzyiq göstərir. Buna səbəb mənim IV tağım komandiri, polis kapitanı Süleymanov Şahmar Süleyman oğlunun tabeliyində olan polis əməkdaşları tərəfindən ünvanıma saxta tərtib olunmuş protokoldan şikayət etməyim oldu. Mən Daxili İşlər Nazirliyinə və digər dövlət qurumlarına şikayət etmişdim. Niyə? Guya mən “Hyundai Veracruz” markalı 02BX500 dövlət qeydiyyatlı maşını idarə edərkən Muğanlı-İsmayıllı yolunun 35-ci kilometrində “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin tələbini pozaraq yolda müəyyən edilmiş hərəkət sürətini 22 km/saat həddinə aşmışam. Protokollar 03.06.2014-cü il tarixində və 17.07.2014-cü il tarixində yazılıb.

Mən protokolun saxta olması barəsində komandirə şikayət etdim. Bundan sonra protokollardan birini ləğv etdi, digərinin də mənim sildirməyimi istədi. Yəni mən pozmadığım qanuna görə ödəniş etməliydim. Mən bu özbaşınalıqlarla razılaşmayıb Prezident Administrasiyasına və Daxili İşlər Nazirliyinə şikayət etdim”,-deyə A.Rəhimov bildirir.

Şikayətçi iddia edir ki, İsmayıllı rayonuna və rayondan kənara çıxa bilmirlər, onlara yol polis problem yaradır. «Məni intihar həddinə çatdırıblar. Mən DİN-dən xahiş edirəm ki, bir ailəni başçısız qoymasın. Biz ədalətsizliyin qurbanı olmaq istəmirik. Polis ailəmizi təxribata sürükləyir”.

08.08.1972-ci il təvəllüdlü Qarabağ müharibəsi iştirakçısı, ikinci qrup əlil Azər Rəhimovun şikayəti əsasında 19 avqust 2015-ci il tarixində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi üçün [email protected]<mailto:[email protected] > elektron ünvanına sorğu göndərdik. Sorğuya bu günə kimi cavab verilməyib. (bizimyol.info)

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın