Ana səhifə / Şou Biznes / Yevlaxlı iş adamı şərlənir?

Yevlaxlı iş adamı şərlənir?

Mahir Qarayev: “Nəcəb adlı şəxsin adına firmanı Razil Məmmədov açıb və ikimizi də aldadıb; o, mənə böhtan atır”

Ötən saylarımızdan birində “İş adamının aldatdığı fəhlə: ”Özümü yandıracam” sərlövhəli yazı dərc etmişdik. Şəki şəhər sakini Nəcəb Məmməd oğlu Piriyev “Yeni Müsavat”a redaksiyamıza gələrək bildirmişdi ki, iş adamı Mahir Qarayevlə bağlı Bakı şəhər prokuroru Əziz Seyidova şikayət yazıb.
N.Piriyev həmin şikayət məktubunun surətini də redaksiyamıza təqdim etmişdi. N.Piriyev məktubunda yazırdı ki, Mahir Qarayev adına “Zülkət” MMC adında firma açıb, firmaya xarici işçilər cəlb olunub. Sonradan firmada xarici vətəndaşlar çalışdığına görə Miqrasiya Xidməti adına 35 min manat cərimə yazıb. M.Qarayev isə həmin pulu ödəməkdən yayınır. N.Piriyev Bakı prokurorundan xahiş edirdi ki, məsələ araşdırılsın.
Yazı dərc olunandan sonra redaksiyamıza müraciət edən Mahir Qarayev N.Piriyevin dediklərinin həqiqət olmadığını söylədi: “Nəcəbi yönləndirən Razil Məmmədov adlı iş adamıdır. Razilin məqsədi məni şərləməkdir. O mənimlə iş görüb, həmin işə dair sənədləri isə mənə verməkdən boyun qaçırır. 2 il əvvəl də məni aldadıb. Mənə bir sənəd gətirib verib demişdi ki, Türkiyədə bank hesabıdır, həmin hesaba 6 ay sonra 42 min dollar  yatırılacaq. 6 ay 2 il oldu, məlum oldu ki, həmin verdiyi sənədin də heç bir əsası yoxdur. Sənədin surətini prokurorluğa təqdim etmişəm”.
M.Qarayev deyir ki, N.Piriyevin şikayəti ilə bağlı Bakı Prokurorluğuna çağırılıb: “Orada da dedim ki, bunların hamısı böhtandır, xahiş etdim ki, şikayətləri toplayıb Samux məhkəməsinə göndərilsin. Məsələ mülki xarakterlidir, məhkəməlikdir. ”Zülkət” şirkətinin açılmasında mənin hər hansı bir formada rolum yoxdur. Razil Məmmədov mənə demişdi ki, Nəcəb çobandır, şirkəti onun adına açmışam ki, lazım olanda istifadə edim. Mənim şirkətin açılmasına görə guya Nəcəbə 250 manat verməyim də yalandır, böhtandır. Həmin şəxsin işlədiyi bağırsaq sexi Razil Məmmədovun qaynatası Musanındır. Miqrasiya Xidməti də xarici işçiləri orada dəri sexində tutub. Lakin Razim Nəcəbin adına olan “Zülkət” MMC-yə yazılan cərimənin bu biçarə kəndlinin adında qalmasına nail olub. İndi isə məni şərləyirlər”. Musavat.com

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın