Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Yevlaxdakı məktəbdə qeyri-adi qaydalar – VİDEO

Yevlaxdakı məktəbdə qeyri-adi qaydalar – VİDEO

 

10 ildir Yevlaxın Yuxarı Qarxun kənd orta məktəbində daxili qaydalar tətbiq olunur. 
Burada təhsil alan şagirdlər, müəllimlər və məktəbdə çalışan digər əməkdaşlar binadan içəri daxil olmadan öncə ayaqqablarını çıxararaq sellofan torbaya qoyurlar. Digər təmiz ayaqqablarını geyinərək məktəbin dəhlizinə daxil olurlar.
Şagirdlər də bildirirlər ki, bu qaydanın tətbiq olunmasında məqsəd məktəb binasının içərsinin təmiz vəziyyətdə saxlanmasıdır. “Ayaqqabımı soyunuram sonra torbadan çıxardıb o birisini geyinirəm. Çünki məktəb batmasın evdən gəldiyim ayaqqabım kirli olur palçıq olur” deyə şagird Zamiq Həsənli bildirib.
Məktəbin direktoru Ruqiyyə Abdurrəhimova isə bu işi valideynlərin və aidiyyatı qurumların razılığı əsasında həyata keçirdiklərini bildirir.
“Uşaq gəlirdi içəri girdi təmizdəmək biraz çətin olurdu suyumuzda da problem vardı ona görə də biz belə bir qərara gəldik ki,müəllim və şagird kollektivi hamı bir yerdə 2-ci bir ev ayaqqabısı gətirsin burda dəyişik giyək. Biz bunu tətbiq elədik və gördük ki, yaxşı nəticə verir. Valideynlər də narazı olmadı” – deyə, məktəbin direktoru Ruqiyyə Abdurrəhimova bildirib. Məktəb direktorunun sözlərinə görə belə qaydalar öz effektini verir. (Region TV)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın