Çərşənbə , İyul 17 2019
Ana səhifə / Şou Biznes / Yevlaxda maraqlı toy –  VİDEO 

Yevlaxda maraqlı toy –  VİDEO 

Yevlaxda eşitmə və danışma imkanları məhdud olan iki gəncə  toy çalınıb.

ARB Aran xəbər verir ki, əslən Salyan rayonundan olan Muxtar Firuddun oğlu Muxtarov və Leyla Telman qızı Babayeva bir neçə ay bundan öncə tanış olublar. Hər iki gəncin valideyinlərinin razılığı ilə onların elçilik mərasimi olub və evlənmələri qərara alınıb.

“Muxtar anadangəlmə nitq və eşitmə qüsurludur. Onların nişan mərasimi olub” deyə bəyin atası Firuddun Muxtarov bildirib.

Muxtar Muxtarovun və Leyla Babayevanın toy mərasimi baş tutub. Danışma və eşitmə imkanlarının məhdud olmasına baxmayaraq onlar izdivaca girmələrinə görə özlərini çox xoşbəxt hiss ediblər.

“Həmin qızla ailə qurmaq məsləhət olunub. Muxtar da qızı bəyəndikdən sonra bu izdivaca razılıq əldə olunub” deyə bəyin anası Şəhla Muxtarova vurğulayıb.

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın