Ana səhifə / Şou Biznes / “Yeni Üfüq” Qurban bayramını cəbhə bölgəsində keçirdi – Fotolar

“Yeni Üfüq” Qurban bayramını cəbhə bölgəsində keçirdi – Fotolar

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Müqəddəs Qurban Bayramı münasibəti ilə Ağdam-Tərtər rayonları ərazisində məskunlaşan məcburi köçkünlər, şəhid, qazi ailələrini və əsgər və zabitləri ziyarət edib. Birlikdən verilən məlumata görə, təşkilatın sədri Sevinc Əzimbəyli görüşdə qeyd edib ki, Ağdamda, Tərtərdə qazilər və şəhid ailələri ilə mütəmadi görüşlər keçirilir: “Torpaqlarımızın azadlığı yolunda canını fəda etmiş vətən övladlarının həm Allahın nəzərində, həm də millətimizin hər birinin qəlbində uca yeri var. Dövlətimizin Qarabağla bağlı apardığı siyasətin hər bir Azərbaycan vətəndaşının istəyi ilə üst-üstə düşür və biz işğalda qalan torpaqlarımızın həsrətinin tez bitməsini, doğma yurd-yuvalarımıza tezliklə qovuşacağımıza əminik”.
Sonra görüşdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli vətənimizin bütövlüyü uğrunda şəhid olanları rəhmətlə anaraq bildirib ki, hər bir ölkə vətəndaşının Qarabağ probleminin həllində dövlətin yanında olması vicdan və şərəf işidir: “Bu gün biz hərbi hissələrə, əsgər və zabitlərimizin görüşünə böyük ruh yüksəkliyi ilə gəlirik. Çünki ötən ilin aprel döyüşləri hər bir azərbaycanlının ürəyində tezliklə işğal olunan torpaqlarımıza qayıdacağımıza əminlik hissi yaradıb. Bir daha ümidvaram ki, Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ torpaqları məhz qüdrətli Azərbaycan Ordusunun sayəsində işğaldan azad ediləcək”.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və rayon rəhbərliyi iştirak edib.
Qeyd edək ki, “Yeni Üfüq”ün “Qurban aksiyası” Bakı şəhərində davam etdirilib və 100-dən çox şəhid və qazi ailələrinə bayram sovqatı paylanıb.
Azinforum.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın