Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Yeni nazir şirkət rəhbərini işdən çıxartdı

Yeni nazir şirkət rəhbərini işdən çıxartdı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir rəhbər şəxsin işdən azad olunmasına qərar verilib. Belə ki, Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) tabeliyində fəaliyyət göstərən internet provayder “Bakinternet” şirkətinin rəhbəri Seymur Yusifov işdən azad olunub.
Trend xəbər verir ki, S.Yusifovun işdən çıxarılmasının səbəbi provayderin müştərilərindən daxil olan şikayətlər olub. Bir neçə gün öncə yaradılmış İşçi Qrup şikayətləri və vətəndaşlara göstərilən internet xidmətinin keyfiyyətini araşdırıb. Nəticə yeni rəhbərliyi heç qane etməyib və S.Yusifov öz postu ilə vidalaşmalı olub.
Qeyd edək ki, bir neçə gün öncə BTRİB-in tərkibində yaradılan işçi qrup Bakı şəhəri üzrə xidmət göstərdiyi bütün ərazilərdə yeni genişzolaqlı internet şəbəkəsinin qurulması ilə bağlı fəaliyyətə başlayıb. Bu şəbəkənin qurulması nəticəsində hər bir istifadəçi sürəti 100Mb/s olan internet xidməti ilə təmin olunacaq və yeni infrastruktur həm də İP-TV xidmətinin Bakı ərazisində daha da inkişaf etməsinə imkan verəcək.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın