Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Yeni dünya dininin anonsu Azərbaycandan verildi

Yeni dünya dininin anonsu Azərbaycandan verildi

Seyid Camal Əzimbəyli: “İslamdan sonra yeni dinin olacağından söhbət belə gedə bilməz”

“Dünyada vəhşi müsəlman obrazının yaradılması hardasa nəticələrini verməkdədir”

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ANS-in “Hesabat” verilişinə müsahibəsində bu il Həcc ziyarəti zamanı yaşanan hadisələrə, Yaxın Şərqdə baş verən proseslərə və digər məsələlərə toxunub.
Bununla yanaşı, Allahşükür Paşazadənin açıqlamasından o da məlum olub ki, müsəlman, xristian və yəhudi dinlərinin timsalında yeni din yarana bilər. Şeyx bildirib ki, “qorxuram yeni din yaransın”.
Məlum məsələdir ki, müəyyən dairələr İslam dinini gözdən salmağa çalışır. Yaxın Şərqdə təfkirçilər vasitəsilə İslam adı altında məzhəblərarası qarşıdurma yaradılır. İŞİD-in etdiyi cinayətlərin ümumən İslamın adına yazılmasına cəhd göstərilir və s. Ancaq bütün bunlar əsas vermir ki, yeni din yaransın. Çünki müqəddəs kitablarda bildirilir ki, İslam dini Allah tərəfindən göndərilən sonuncu səmavi dindir. Quranda bildirilib ki, Məhəmməd sonuncu peyğəmbərdir.
Belə olan halda, Şeyxin məlum mülahizə ilə çıxış etməsi nə dərəcədə əsaslı və məntiqlidir?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, İslam dinindən sonra yeni dindən söhbət gedə bilməz: “Görünən odur ki, dünyada bir qütbləşmə prosesi baş verir. İslamın getdikcə dünyada birləşdirici missiyasının artmasından narahat olan qüvvələr onu gözdən salmağa çalışır. Dünyada vəhşi müsəlman obrazının yaradılması hardasa nəticələrini verməkdədir. Çox təəssüflər olsun ki, bu belədir. Biz bunu İŞİD-in, “Taliban”ın timsalında görməkdəyik. Ancaq əslində onların etdiklərinin İslama heç bir aidiyyəti yoxdur. Bəzi insanların bununla bağlı narahatlığını başa düşürəm. Ancaq bütövlükdə Allah sonuncu din olaraq İslamı göndərib. Quranda Allah buyurur ki, sizin üçün sonuncu din olaraq İslamı seçdim. Bu, baxımdan İslam dininin himayəçisi Allahdır.
Bu Quranda da bəyan olunub. Ona görə də qiyamətə qədər İslam dini var olacaq. Sonradan yaradılan dinlərin axırı puç olacaq.
Ona görə də bu məsələdə düşüncəm fərqlidir. Düşüncəm ondan ibarətdir ki, İslamdan sonra hər hansı bir dinin gəlməsi vədi yoxdur. İkincisi də, kimlərsə buna cəhd edərsə, məyus olacaqlar. Ona görə də İslamdan sonra yeni dinin olacağından söhbət belə gedə bilməz”.
Vidadi ORDAHALLI

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın