Ana səhifə / Şou Biznes / Yenə park sökülür, bina tikmək üçün…

Yenə park sökülür, bina tikmək üçün…

Bakı şəhəri, Məhəmməd Hadi küçəsi 41-də yaşayan sakinlər həyətlərindəki 40 illik ağacların kəsilməsinə və uşaq meydançasının dağıdılmasına etiraz edirlər.

Onların sözlərinə görə, burada Qarabağ əlilləri üçün bina tikilməlidir. Sakinlərsə “Bəs bizim uşaqlar harada oynasınlar, özümüz harda dincələk” – deyə sual edirlər.

“O gün gəliblər ki, Qarabağ əlilləri üçün ev tikirik. Gedib “Sevil massivi”ndə tiksinlər. Niyə burada tikirlər? 2 min ailənin nəfəs alan yeridir. Parkda uşaqlar üçün şərait yaratmışdıq. Hamısını qırıb dağıdıblar. Heç bir qurum da şikayətimizə baxmır” – deyə sakinlər “Azadlıq”a şikayətlənib.

İyulun 10-da polis əməkdaşları etirazlara baxmayaraq ağacların bəzisini çıxarıb, uşaq yelləncək və sürüşkənlərini isə qırıb dağıdıb.

Durum təkcə böyükləri deyil, elə uşaqları da narahat edir:

-Mən dostlarımla burada əylənirdim, yelləncəkdə yelənirdim. Bizə imkan vermirlər.

-O gün gəldilər, qadınları yıxdılar. Buraları dağıtdılar.

Məsələ ilə bağlı rəsmilər hələlik heç bir reaksiya verməyib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın