Belə bərbad durumu olan meydançada oynamaq futbolçuların zədələnməsinə şərait yaradır.

“Hazırda “Kəpəz” – “Qarabağ” oyununa baxıram. Yazıq deyil o uşaqlar, futbolçular? Ciddi zədə ala bilərlər axı. Niyə belə meydanda matçların keçirilməsinə icazə verilir? Ayıb deyil?! AFFA hara baxır? Niyə bu stadionun meydançasını düzəltmir? Futbola cavabdeh olan onlardır axı. Azərbaycan böyük idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib, nə qədər gözəl idman arenası tikilib. AFFA üçün bir meydançanın ot örtüyünü dəyişdirmək nə çətin işdi?” – deyə millət vəkili bildirib.

O qeyd edib ki, təkcə acınacaqlı durumda olan Gəncə şəhər stadionunun meydanı deyil, eləcə də süni ortüklü meydanlar da futbolçuların ciddi zədə almasına səbəb olur.