Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Şou Biznes / Yayda niyə xəstələnirik? – SƏBƏBLƏRİ

Yayda niyə xəstələnirik? – SƏBƏBLƏRİ

Qışda xəstəliklər yaxamızı buraxmır. Hətta bütün qış boyu dəsmalın əlimizdən düşmədiyi vaxtlar da olur. Fəsil dəyişikliyində də xəstəliklər qapımızı tez-tez döyür.

Yay gələndə isə xəstəliklərdən canımızı qurtardığımızı düşünürük.

Belə gözəl havada da xəstələnmək olar?!

Əlbəttə ki, yay xəstəliklərinin ən böyük səbəbləri sırasında kondisioner istifadəsi, günvurmalar, hovuzdan qaynaqlanan problemlər dayanır.

Allergiya qorxunuz varsa…

Yaz və yay aylarında zamanımızın çoxunu bayırda keçirdiyimiz və bu fəsillərdə bitkilər canlandığı üçün allergiya riskləri də artır. Allergiya aşağı tənəffüs yollarında astma, yuxarı tənəffüs yollarında isə burun tıxanması, asqırma ilə özünü göstərən rinitə yol aça bilir və hər ikisi də həyat keyfiyyətini ciddi şəkildə aşağı salır. Bu gözəl mövsümün kabusa dönməsini istəmirsinizsə, allergiya riski olanlar yay gəlməmiş qulaq-burun-boğaz həkiminə yoxlansın.

Kondisioneri 22 dərəcədən aşağı salmayın

Əksərən qış aylarında yaşanan yuxarı tənəffüs yolu problemləri yayda da evdə əsil qış şərtləri yaratdığımız üçün görülə bilir.

“30 dərəcə istidə necə qış yaratmaq olar?”, – deyə hələ də düşünürsünüzsə, cavabı çox sadədir: kondisionerlər.

Quru və soyuq hava yuxarı tənəffüs yollarındakı mikroblara qarşı müdafiə mexanizmlərini yavaşladaraq, mikrobların yerləşməsinə şərait yaradır. Elə buna görə də qışda, soyuq havalarda xəstə oluruq. Təcrübəsiz şəkildə kondisioner istifadəsi də eyni təsirlərə yol açır və sonda “Bu istidə necə xəstə oldum bilmirəm?!”, – deyə həkimə mat-mat baxarsız.  Araşdırmalar sübut edir ki, insanlar üçün ideal ortam istiliyi 22-24 dərəcə arasında olmalıdır. Yayda kondisioner qurbanı olmamaq üçün otaq böyüklüyünə uyğun kondisioner istifadə edin və dərəcəni 22-dən aşağı etməyin, kondisionerin düz altında yatmayın.

Qulağınız tıxandı?

Orta qulaq iltihabı qış xəstəliyi olduğu kimi, qulaq kanalının infeksiyası sonrası yaranan xarici qulaq iltihabı da yayı sevən bir xəstəlikdir. Dəniz və xüsusən hovuz suyu xarici qulaq iltihabındakı PH səviyyəsini yüksəldib, mikrobların yerləşib artması üçün şərait yaradır. Dəniz və hovuz suyu ilə yanaşı, qulaq çöpünün istifadəsi də bu problemə yol açır. Qulaqda kəskin ağrı və tıxanma hissi ilə özünü göstərən bu xəstəlikdən qorunmaq üçün təmizliyindən əmin olmadığınız hovuzdan uzaq durun, dənizə və hovuza girərkən qulaqlarınızı qoruyun, qulaq çöpündən istifadə etməyin.

İdman edirsinizsə…

Yay aylarında tətil və əyləncə məqsədilə bayırdakı məşğuliyyətimiz və su idmanları kimi fəaliyyətlər artdığından xüsusilə uşaqlarda və gənclərdə travma riski yüksəlir. Baş və boyun bölgəsi travmanın sıx görüldüyü bölgələrdəndir, əsasən burun və çənə sümüklərinə aid travmalar sıx görülür. Bunun da qarşısını almaq üçün bədənə uyğun təhlükəsiz idman növü seçmək və əvvəlcə qoruyucu tədbirlər görmək məsləhətdir.
Travma yarandığı anlarda isə mütləq həkimə baş vurmaq lazımdır.

İsti havalarda burun qanamalarına diqqət edin

Hər insan həyatı boyunca ən az bir dəfə burun qanaması yaşayıb. Burnu ikiyə ayıran septum adlı divarın ön qismi qan damarları ilə çox zəngindir. Bu damarların səthi olanları isti və nəm kimi xarici amillərə qarşı həssasdır. İsti və quru hava bu damarları örtən mukoza toxumasının quruyaraq, qırılan hala gəlməsinə və nəticədə burun qanamasına yol açır. Burnunuz tez-tez qanayırsa, hərarətin yüksək olduğu günorta saatlarında bayıra çıxmayın.(aile.lent.az)

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın