Ana səhifə / Şou Biznes / “Yaxşı ki, ölkədə sevişmə səhnələrinə icazə vermirdilər…”

“Yaxşı ki, ölkədə sevişmə səhnələrinə icazə vermirdilər…”

Azərbaycanın xalq artisti, aktrisa Elmira Şabanova son vaxtlar ekranlardan uzaq düşməsinə aydınlıq gətirib.

Aktrisa “Qafqazinfo”ya açıqlamasında səhhətinin yaxşı olduğunu, Azərbaycanda kino sənətinə ürəyinin ağrıdığını bildirib:

“Ürəyim kino üçün ağrıyır. Mən kinolara daha çox çəkilmişəm. Bu sənəti sevirəm. Hər bir uğurlu filmə görə sevinirik. Bir çox seriallara çağırıblar, özüm getməmişəm. O qədər yazıçılarımız, ssenaristlərimiz var ki… Təəccüb edirəm ki, onlar serial üçün niyə heç nə yazmırlar? Ssenarilərə baxırsan, dəhşətə gəlirsən. Bir dənə ortaya çıxaracağımız mövzu yoxdur.

Axı biz gələcək nəslə nə ötürəcəyik? Avropa və ABŞ-dan boş şeylər öyrəniblər. Vurub-yıxmaq, öldürmək kimi səhnələri ekranda çox təbliğ edirlər. Hətta, bir neçə gün əvvəl bir seriala baxdım, dəhşətə gəldim. Cavan qız uşağı oğurlayır, sonra öldürür. Azərbaycan xanımı heç vaxt belə bir şey etməz. O qədər problemlər var ki…”

E. Şabanova seriallarda xalq artistlərinin itib-batdığını söyləyib:

“Efirlərə çoxdandır ki, çıxmıram. Kanalların hamısı məndən inciyiblər. Yaxşı serial və obraz olsa, gedib çəkilərəm. Elə seriallar var ki, xalq artistləri oynayır, ancaq həmin ekran işində itib-batırlar. Mən belə şeylərdən qorxuram. İstəmirəm ki, imicim yerə vurum”.

Xalq artisti seriallarda açıq-saçıq səhnələrin bayağı şəkildə göstərildiyini bildirib:

“Əvvələr açıq-saçıq səhnələrə icazə yox idi. Yadıma gəlir ki, o vaxtlar həmin filmlərdən gətirilirdi. Yalnız kino işçiləri o filmlərə baxa bilərdi, adi vətandaşlara icazə vermirdilər. İndi öpüşmə, qucaqlaşma və seks səhnələri çoxdur. Həmin səhnələrə baxanda insan iyrənir. O vaxtlar yaxşı ki, belə filmlərə icazə vermirdilər. Əvvəl tərbiyəvi filmlər üstünlük təşkil edirdi. Məhəbbət mövzulu kinolar daha çox idi. Anaya, dostluğa, vətənə məhəbbət əsas idi”.

“Yaxşı ki, ölkədə sevişmə səhnələrinə icazə vermirdilər...”

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın