Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Yaşı ötmüş qız özünə bəysiz toy etdi – Azərbaycanda qeyri-adi hadisə

Yaşı ötmüş qız özünə bəysiz toy etdi – Azərbaycanda qeyri-adi hadisə

Bakıda qeyri-adi toy mərasimi olub. Yaşı ötmüş qız özünə bəysiz toy edib. Yəni öz özü ilə nikaha girib.

“ Azinforum.az ” Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə AMEA-nın elmi işçisi Elyar İslam özFacebook səhifəsində yazıb.

“Bu il eşitdiyim ən qəribə hadisə bu gün (dünən-red.) baş tutacaq bir toy mərasimidir. Türklərdə bir deyim var: “kendi-kendine gelin güvey olmaq”. Bu deyimin real variantı bu gün Bakıda yaşanır. Telefonla, ağacla, müxtəlif heyvanlarla evlənən qəribə insanlar haqda çox eşitmişik. Amma Bakıda bu gün elə bir toy mərasimi baş tutacaq ki, dünya hələ belə bir toy haqda nə görüb, nə də eşidib.

Belə ki, uzun muddətdir ailə həyatı qura bilmək üçün bəy namizədi tapa bilməyən bir xanım, özü üçün bəysiz toy etməyə qərar verib. Xanım təmtəraqla, cah-cəlalla, ədəb-ərkanla bugün özünə toy edir. Amma qəribə burasıdır ki, həmin xanım öz-özünə ailə həyatı qurur. Yəni gəlin də özüdür, bəy də.

Nə deyirik, ALLAH xoşbəxt eləsin ! Mübarəkdir!”, – E.İslam xeyir dua verib.

Baku.ws bildirir ki, toy Əhmədli qəsəbəsindəki şadlıq evlərindən birində olub. Qonşular şübhələnməsin deyə, gəlin mərasim zalına başqa qohumlarının evindən gedib.

Hətta adi toylarda olduğu kimi, yaxın qohumlarına və tanışlarına, toyunda iştirak etdiyi hər kəsə dəvətnamə də göndərib.

 

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın