Ana səhifə / Şou Biznes / Yaşayış və ictimai yerlərdə səs-küy salanlara sərt cəza – 3500 manat cərimə

Yaşayış və ictimai yerlərdə səs-küy salanlara sərt cəza – 3500 manat cərimə

Azərbaycanda küçələrdə, istirahət yerlərində, ictimai yerlərdə və yaşayış evlərinin yanında gecə vaxtı səs-küy salanlara, vətəndaşların istirahətinə mane olanlara qarşı cəzalar sərtləşdirilir.
Bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində əksini tapıb. Yeni Məcəllənin 520-ci maddəsinə görə, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər saat 07.00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manata qədər, vəzifəli şəxslər 2500 manatdan 3500 manata qədər cərimə olunacaqlar.
Hazırda qüvvədə olan maddəyə görə isə belə hallarda xəbərdarlıq olunur və ya 30 manatdan 50 manata qədər miqdarda cərimə tətbiq edilir.
Azərbaycan prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar MəcəlləsiMilli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunacağı halda 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın