Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Yaşar Nurinin qızı: “Satmağa bir şey yoxdur, nəyi satım?!”

Yaşar Nurinin qızı: “Satmağa bir şey yoxdur, nəyi satım?!”

“İki telefonumu satmışam. Bahalı telefonum var idi, onu satdım, ucuzunu aldım. Sonra onu da satdım, daha ucuzunu aldım. İki dənə komplektim var idi, onları da satmışam. Artıq satmağa bir şey yoxdur. Mən nəyi satım?!”

Bu sözləri korifey snətkar Yaşar Nurinin qızı müğənni Ülkər Yaşarqızı deyib. ATV telekanalında yayımlanan “Günün Sədası” proqramının qonağı olan ifaçı maddi baxımdan çətinlik çəkdiyini bildirib:

“Artıq utanıram. Mən Yaşar Nurinin qızıyam. Mən bilirsiniz necə yaşamalıyam?! Olsun çətinlik. Hamının çətinliyi olur, amma bu çətinlikdən bir çıxış yolu tapmaq lazımdır da. O qədər yorulmuşam ki… Mən qürurlu olmuşam, maddi sıxıntılarım barədə danışmamışam”.

Sənətkarın həyat yoldaşı Rəhimə xanım və qızı mədəniyyət qurumları tərəfindən heç bir diqqət görmədiyini bildirib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …