Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Yaşar Nurinin 65 illik yubileyi keçirildi – FOTOLAR

Yaşar Nurinin 65 illik yubileyi keçirildi – FOTOLAR

Bu gün Akademik Milli Dram Teatrında Xalq artisti, görkәmli kino vә teatr xadimi Yaşar Nurinin 65 illik yubileyi keçirilib. Tәdbir Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. 
Mәdәniyyәt vә turizm nazirinin müavini Әdalәt Vәliyev tәdbiri giriş sözü ilә açaraq mәrhum dostu ilә bağlı xatirәlәrini bölüşüb:
 “Teatr tariximizdә Azәrbaycan mәdәniyyәtinin daşıyıcılarından, yetirmәlәrindәn olan Xalq artisti, Dövlәt mükafatı laureatı, “Şöhrәt” ordenli, sonsuzadәk sevilәn Yaşar Nurinin 65 illik yubileyinә, işığına toplaşmışıq. Yaşar Nuri qısa, 62-63 il ömür yaşadı. Onunla ilk dәfә 1980-ci ildә bu mәkanda, Akademik Milli Dram Teatrında tanış olduq vә 32 il әrzindә sözün әsl mәnasında dost olduq, bu dostluq ailә dostluğuna qәdәr gәlib çıxdı. Onunla bağlı çoxlu sayda xatirәlәrim var. Yaşar Nuri son dәrәcә istiqanlı, işıqlı, hәyatda ciddi, sәnәtinә qarşı tәlәbkar şәxs idi. O, öz ailәsinә nә qәdәr qayğı ilә yanaşırdısa, özünә qarşı biganә idi. Özü öz ölümünün gözünün içinә baxıb sanki onun ölümünü tezlәşdirәn pis nә vardısa onları özünә cәzb edirdi.
Yaşar Nuri son dәrәcә xalq mahnılarını ifa etmәyi sevirdi. Hәmçinin tәbiәti, aşıqları dinlәmәyi xoşlayırdı, müәllimlәrini tәqlid etmәyi sevirdi.
Son dәrәcә ailәsinә bağlı insan idi. Hәyatının mәnası iki qızı vә tәbii ki, Rәhimә xanım idi. Yaşar qastrollarda olanda әn böyük arzusu o idi ki, evә sağ-salamat gedib çıxsın vә payı ailә üzvlәri bölüşsün. Hәmçinin kollektivinin sevimlisi, AMDT-nın bel sütunlarından biri idi. O, teatr tariximizdә ilklәrә öz imzasını atıb.
Tamaşaçıların ona olan sevgisi bu gün dә davam edir. Bütövlükdә sәnәt adamlarının fiziki ömrü ilә mәnәvi ömürlәri arasında hәmişә bir tәzadlıq olub. Xoşbәxt o insandır ki, özündәn sonra bir iz qoya bilir. Yaşar Nuri dә öz sәnәti ilә özünü әbәdilәşdirәn sәnәtkardır. O, hәmişә xalqımızın qәlbindә, yaddaşında yaşayacaq”.
Mәrhum aktyorun bir vaxtlar müәllimi olmuş tanınmış rejissor, xalq artisti Azәr Paşa Nemәt görkәmli sәnәtkarın yaradıcılığından, dostluq xatirәlәrindәn danışıb:
“Yaşar Nuri qısa zaman әrzindә böyük mükafatlara layiq görüldü. Hәrdәn fikirlәşirәm ki, bu insan necә zaman tapıb hәm tamaşa vә filmlәrә çәkilib, hәm dә ailәsinә daim qayğı göstәrib. Yaşar Nuri çox gözәl insan idi, o, çox insanlara yaxşılıq edib. O, elә bir iz qoydu ki, müәllimlәrini dә ötüb keçdi vә Azәrbaycan mәdәniyyәtinin nәhәnglәri sırasına onun da adı yazıldı.
Hәr gün efiri açıb onun çәkildiyi filmlәri, tamaşaları görürük. Buna görә onun yoxluğunu hiss etmirik. Onun yoxluğu rol bölgüsü zamanı görürәm. Yaşar fitri istedad idi. Onun yeri incәsәnәtdә, teatr mәdәniyyәtindә hәmişә görünәcәk. Yaşar hәmişә yaşardır!”
Xalq artisti Firәngiz Mütәllimova onunla birgә oynadığı tamaşalardan söz açıb :
“Mәn istәmirәm ki, bu gün bu gecәdә göz yaşı töküm. İstәyirәm ki, bu sәnәtdә birgә addımladığımız xatirәlәrdәn danışım. Yaşar indi dә mәnim üçün yaşardır. Evimin hәr yerindә onun şәkillәri var. Çox xoşbәxtәm ki, ilk dәfә onunla birgә “Sәni axtarıram” tamaşasında çәkilmişәm. Yadımdadır ki, ikinci kursda oxuyanda sәhnәdә Yaşar Nurinin әtrafında rәqs edәn qızlardan biri idim. O qәdәr arzulayırdım ki, onunla eyni sәhnәni bölüşüm vә bu arzuma çatdım.
Yaşar deyәndә hәr kәsin gözünә tәbәssüm gәlir”.
Xalq artisti, professor İlham Namiq Kamal isә mәrhum sәnәtkarın gözәl insani keyfiyyәtlәrә malik insan olduğunu vurğulayıb:
 “O, hәmişә alqışlara layiqdir. Sәnәtdә olan insanlar daim müxtәlif vә çeşidli olub. Amma Yaşar Nuri tәk idi. O, heç vaxt heç kimә qarışmırdı, yalnız öz işi ilıq mәşğul olurdu. İşdәn sonra isә öz ailәsinә bağlı insan idi. Heç vaxt heç bir qurumun qarşısında baş әymәyib, insan kimi insan olub.
Öz sәnәtinә qiymәt verәn, layiqli tәlәbәlәr yetişdirәn sәnәtkar hәmişә yaşayır. Hәr gün efirdә onun tamaşalarını görәcәyik. Belәliklә, Yaşar Nuri dünәn yaşayıb, bu gün dә yaşayır vә sabah da yaşar olacaq”.
Digәr çıxışçılar da mәrhum sәnәtkarın hәm kino sahәsindә, hәm teatr sәhnәsindә yaratdığı bәnzәrsiz obrazlarından söz açaraq, öz sәnәti ilә böyük tamaşaçı alqışı qazandığı vurğulayıblar.
Qeyd edәk ki, xatirə gecəsinin rejissoru Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir. Mərasimdə Yaşar Nurinin kino, televiziya və teatr tamaşalarından fraqmentlər nümayiş olunub, tanınmış müğәnnilәr, o cümlәdәn cazmen Cavan Zeynallı, müğәnni Eyyub Yaqubov vә digәrlәri konsert proqramı ilә çıxış ediblәr.  Gecədə eyni zamanda Yaşar Nurinin sevdiyi mahnılar səslənib. Teatrın foyesindә görkәmli sәnәtkarın hәyat vә yaradıcılığından bәhs edәn fotosәrgisi dә tәqdim olunub.
Xatırladaq ki, Xalq artisti Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakıda vəfat edib.






Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın