Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Yardımlıda bir kəndin əhalisi iki məmurun əlində aciz qalıb

Yardımlıda bir kəndin əhalisi iki məmurun əlində aciz qalıb

Porsova sakinləri icra nümayəndəsi ilə müavinin talanına məruz qaldıqlarını deyirlər

Yardımlının Porsova kənd sakinləri iki məmurun əlində aciz qalıblar. Onların etdikləri şikayətə isə baxan yoxdur. Bu barədə JAM.AZ-a kənd sakinləri məlumat veriblər.

Həmin məlumatda deyilir ki, Porsova kənd icra nümayəndəsi Rəcəb Əliyev və müavini Baxşeyiş İmanov onlara qənim kəsilib. “İndiyə qədər edilən şikayətlərə baxan yoxdur. Görünür, arxalarında kimlərsə dayanır ki, bu qədər əmin-arxayındırlar”.

Onlar bildirirlər ki, Porsova kəndinin əhalisi xeyli kasıbdır və bu səbəbdən də bir çoxları dəstək üçün dövlətdən yardım istəyir. Elə bu səbəbdən də əksəriyyət ünvanlı sosial yardım almaq üçün müvafiq dövlət qurumlarına üz tuturlar. “İcra nümayəndəsi sənədlərin hazırlanmasından tutmuş ünvanlı sosial yardımın alınmasını təmin etməyə qədər vətəndaşdan 1500-1600 manat istəyir. Dediklərinə görə, bu pulun 1400-ə qədərini Yardımlı ƏSMM-ə verirlər. Qalanları da özlərinin qazancıdır”.

Kənd sakinləri vurğulayır ki, bütün bayramlarda kasıb ailələrə İcra Hakimiyyəti tərəfindən hədiyyələr və bayramlıqlar verilir. Amma Porsova camaatı Rəcəb Əliyevin əlindən onu görə bilmirlər. “İcra nümayədəsi bütün yardım və bayram paylarını mənimsəyir. Bununla bağlı Yardımlının icra başçısı Sevindik Hətəmov və müavinləri Mahir Mirzəyevlə Azər Xamıyevə məlumat vermişik. Onlar da tədbir görmürlər. Güman ki, əlbirdirlər. Yoxsa, bu qədər haqsızlığa reaksiya verərdilər”.

Bu əsnada bir müddət əvvəl televiziyalardan birindən kəndə çəkiliş üçün gəldiklərini bildirən prosovalılar iddia edir ki, icra nümayəndəsi Rəcəb Əliyev onları elə kəndin girişində qarşılayıb, ciblərinə pul qoyaraq, sosial problemlərlə bağlı çəkiliş aparmalarını önləyib.

Qarşı tərəfi də dinləməyə hazırıq. jam.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın