Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / YAP öz namizədini müsavatçıya qurban verir?

YAP öz namizədini müsavatçıya qurban verir?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısında yer alan bəzi namizədlərin tanınmış rəqiblərinə “qurban veriləcəyi” barədə iddialar səsləndirilir. Bu iddialardan bəzilərinin 1 noyabrda gerçəkliyə çevriləcəyini əminliklə vurğulayanlar arasında elə YAP-çıların özləri də az deyil.

Rəqibinə uduzacaq belə YAP-çı namizədlərdən daha birinin hazırda Milli Məclisin mandatını daşıyan Əsabil Qasımov olduğu bildirilir.

Bu haqda modern.az-a hakim partiyaya yaxın mənbələr məlumat veriblər.

79 saylı İmişli seçki dairəsinin hazırki deputatı Əsabil Qasımov parlamentin danışmayan üzvlərindəndir. Parlamentdə sükut edən bu deputat seçildiyi bölgədə millət vəkilindən çox “Karat Holdinq” şirkətinin sahibi kimi tanınır.

Bəziləri onun növbəti seçkilərdə yenidən YAP-ın deputatlığa namizədləri siyahısına salınmayacağını gözləsə də, əksi baş verdi. Amma deyəsən hakim partiya siyahlıya saldığı deputatın yenidən mandat qazanmasında maraqlı deyil.

Qeyd edək ki, 1 noyabr seçkilərində 79 saylı İmişli seçki dairəsində 15 deputatlığa namizəd mübarizə aparacaq. Əsas rəqiblər isə bu dairənin adı qeyd edilən hazırki deputatı Əsabil Qasımovla İmişlinin eks-deputatı İltizam Əkbərlidir.

Məlumata görə, YAP öz namizədi Əsabil Qasımovun əvəzinə Müsavat Partiyasından olan İltizam Əkbərlinin parlamentə seçiləcəyinə maneçilik törətməyəcək. Yəni bu dairədən Milli Məclisə müsavatçının deputat seçiləcəyi istisna edilmir. İltizam Əkbərli söügedən dairədə nüfuza sahib olan şəxslərdən sayılır.

YAP-ın Əsabil Qasımovla bu cür davranmağının səbəbi isə açıqlanmır. Sadəcə, bildirilir ki, “Karat Holdinq” şirkətinin sahibi deputat kimi gözlənilən ümidləri doğrultmadığından, o, bundan sonrakı fəaliyyətini iş adamı olaraq davam etdirəcək.

Qeyd edək ki, 79 saylı İmişli seçki dairəsində son günlərədək İltizam Əkbərlini qeydə almaq istəmirdilər və sonradan onun deputatlığa namizədləiyini rəsmiləşdirmək məsləhət olunub.

Xatırladaq ki, Əsabil Qasımov əmək fəaliyyətinə Bakı Ət Kombinatında başlayıb. “Karat Holdinq” MMC-nin sahibidir.

İltizam Əkbərli 1992–1993-cü illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə 79 saylı İmişli seçki dairəsinin deputatı olub. Müsavat Partiyasının üzvüdür.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın