Milli Məclisinin deputatı Aydın Mirzəzadə Türkiyə millisinin Avropa Çempionatında İspaniyaya məğlub olmasına münasibət bildirib.
Deputat Facebook hesabında yazdığı statusda Türkiyənin növbəti mərhələyə çıxa bilməməsinə təəssüfləndiyini yazıb.
“Futbol üzrə Avropa çempionatında Türkiyənin növbəti uğursuzluğuna və pley-offa çıxa bilməməyinə çox məyus oldum. Tükiyə heyəti zəif deyildi, rəqiblər güclü idi. Türkiyə heç zaman zəif olmur”, – deyə deputat bildirib.
A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan Türkiyəni pley-offsuz da sevir: “Həmişə qardaşımızla birlikdəyik. Biz birlikdə güclüyük”.
Qeyd edək ki `Avro 2016` çərçivəsində ötən gün baş tutan İspaniya-Türkiyə matçı 3:0 hesabı ilə ispanların qələbəsi ilə yekunlaşıb.