Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Yanğından xilas olmuş xanım: “Xilasedicilər bizim qayığa yaxınlaşa bilmirdilər” – VİDEO

Yanğından xilas olmuş xanım: “Xilasedicilər bizim qayığa yaxınlaşa bilmirdilər” – VİDEO

“Günəşli” yatağında baş vermiş yanğın zamanı xilas olanlardan biri xanımdır.
Trend hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Məlahət Əliyevanın hadisə ilə bağlı xatırladıqlarının təqdim edir: “İşimi bitirib dincəlmək üçün otağa getmişdim. Birdən güclü partlayış səsi gəldi. Dəqiqləşdirmək üçün çölə cıxdım. Platformada təhlükəsizlik güclü təşkil olunmuşdu. Dərhal xilasedici jileti geydim, birinci bloka getdim. Qapını açmağa çalışdım. Elə bu vaxt birinci bloku tüstü bürüdü. Daha sonra qapını yoldaşlarla köməkli açdıq.
Hamımız platformadakı qayığa tərəf getdik. 26 nəfər qayığa mindik. Qayıqda 17-18 saatdan artıq qaldıq. Qayıqda olarkən heç kimlə əlaqə saxlaya bilmirdik, telefon şəbəkəsi tutmurdu. Səhər saatlarında Fövqəladə Halların əməkdaşları bizi xilas etdi. Amma dənizdə güclü külək olduğu üçün, həm də dalğalar hündür olduğundan xilasedicilər bizim qayığa yaxınlaşa bilmirdilər. Vəziyyət hökumətin nəzarətində idi. Bunun üçün, bizi xilas etdikləri üçün Prezidentə, hamıya minnətdaram”.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın