Ana səhifə / Şou Biznes / Yaman darıxmışam səninçün… – 7 il keçdi (VİDEO)

Yaman darıxmışam səninçün… – 7 il keçdi (VİDEO)

Bu gün Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin anım tarixidir. Mərhum şairin vəfatından 7 il ötür.

Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ailəliklə Bakıya köçüblər. Burada ADU-nun filologiya fakültəsində təhsil alıb. Universitetin aspiranturasında saxlanılıb, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlayıb. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb.

AMEA-nın müxbir üzvü, sonra həqiqi üzvü seçilib. Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı.1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

“Qırmızı Əmək Bayrağı” və “İstiqlal” ordenləri ilə təltif olunub. O, “Gülüstan” poemasına görə 1962-ci ildə “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra bərpa edilib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirib.

B.Vahabzadə 2009-cu ildə 84 yaşında Bakıda vəfat edib.

Allah rəhmət eləsin.

AzVision.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın