Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Xüsusi təyinatlı hərbi məktəblərə ərizə qəbulu başlayır

Xüsusi təyinatlı hərbi məktəblərə ərizə qəbulu başlayır

Aprelin 1-dən 2017-2018-ci tədris ili üçün xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə – Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə, Hərbi Tibbi Məktəbinə və hərbi liseylərə ərizə qəbulu başlayır.

Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul iki mərhələdə aparılacaq.

Birinci mərhələdə abituriyentlər həmin təhsil müəssisələrində təşkil olunan həkim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanını verməlidir.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən etibarən ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidir.

Qəbul qaydaları ilə bağlı daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın