Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Şou Biznes / Xuraman Şuşalı: “Kişi dedi ki, başını aç, gir məclisdə oxu…”

Xuraman Şuşalı: “Kişi dedi ki, başını aç, gir məclisdə oxu…”

Müğənni Xuraman Şuşalı “Hər şey daxil” verilişində qonaq olub. 

O, hicab bağladığı üçün məclislərdə qarşılaşdığı problemlərdən danışıb:

“Dəfələrlə olub ki, dəvət olunduğum məclisdən geri qayıtmışam. Girib görürəm ki, stolun üstündə içki şüşəsi var. Nə qədər gizlədilsə də, xeyri yoxdur, Allah göstərir sənə. Toy sahibinə deyirəm ki, inciməyin başıbağlıyam. Qayıdırlar ki, biz sənə nə edərik ki? Deyirəm, tövbəliyəm, olmaz. Hətta yaşlı kişi gəlib deyib ki, qızım bu, sənin sənətindir. Başını aç gir məclisə, oxu. Sonra da çıx bağla, evinə get”. Musavat.com

Həmçinin oxuyun

“Bizdə pul yoxdur, camaatda hardan olsun?“ – Xuraman Şuşalı

“Dolanışığım pis deyil, şükürlər olsun. Həyat yoldaşım televiziyada çalışır, o bizi dolandırır. Behlər almışdıq, pandemiya …