Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Xuraman Abbasovanın yaylığına şeir həsr edən məşhur şair vəfat etdi…

Xuraman Abbasovanın yaylığına şeir həsr edən məşhur şair vəfat etdi…

Bir neçə dəqiqə əvvəl böyük sovet, rus şairi Yevgeni Yevtuşenko 85 yaşında Amerikada vəfat edib. 
Şair vəsiyyət edib ki, onu Podmoskovyedə – Peredelkinoda Pasternakın məzarının yaxınlığında dəfn etsinlər.
Qeyd edək ki,Yevtuşenko 60-70-ci illərdə SSRİ-nin ən populyar, sevilən şairi olub.
Oxucularımızın nəzərinə çatdıraq ki, 1988-ci ilin fevralında, Dağlıq Qarabağ hadisələri baş verəndə Xuraman Abbasovanın Xankəndinə yürüş edən kütlənin qarşısına atdığı yaylıq və kütlənin dayanması Yevgeni Yevtuşenkonu təsirləndirmiş, bu hadisəyə şeir həsr etmişdi. Şeir həmin ilin mart ayında “Literaturnaya qazeta”da çap olunmuşdu. Şeirdə bu yaylığın Fələstinə, Nikaraquaya, dünyanın bütün qarşıdurma olan yerlərinə atılmasının vacibliyi poetik dillə təsvir edilib. (Moderator.az)

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın