Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / Xuraman Əlizadə: “Mənə lağ edirsiz…“

Xuraman Əlizadə: “Mənə lağ edirsiz…“

Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə oğlu Əlinin ünvanına yazılan şərhə əsəbiləşib.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə canlı yayımda olarkən izləyicilərin onu tənqid etməsinə münasibət bildirib.

O, övladına söz atanlara xəbərdarlıq edib:

“Məni düzgün başa düşün: mənə, köklüyümə lağ edirsiniz qəbul edirəm. Acığıma gələn bunlardır. Deyirsiz, kirpiyin belədir, saçını niyə belə yığmısan, paltarın sənə yaraşmır, qarnın yekə çıxır…

Bunları qəbul edirəm. Uşağım oradan deyir ki, ana, mənə çörək ver. Oradan yazırsınız ələ salırsınız, yəni demək istəyirsiniz ki, uşağın bu vaxtı yeyirsə, sənin kimi olacaq. Bunlar xoşuma gəlmir. Zarafat edirik, deyib-gülürük öz yerində. Amma uşağımla zaraftlaşmaq, belə şərhlə yanaşmağa imkan vermərəm”.

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …