Cümə , Dekabr 1 2023
Ana səhifə / Şou Biznes / Xumar Qədimova toyda yerə yıxıldı – Video

Xumar Qədimova toyda yerə yıxıldı – Video

Əməkdar artist Xumar Qədimovanın toyda başına iş gəlib.  “Qafqazinfo” xəbər verir ki, müğənni səhnədə mahnı oxuyarkən huşunu itirib və yerə yıxılıb. 

“Show News” proqramı əməkdar artistlərdən birinin səhnədə yıxılması barədə anons videosu paylaşıb.  Görüntülərdə xanım ifaçının anidən yerə yıxılması və ona kömək edən şəxs əks olunub. Əldə etdiyimiz məlumata görə, həmin sənətçi Xumar Qədimovadır.

O, bir neçə gün bundan əvvəl Bakıda təşkil olunan ev şənliklərindən birində çıxış edib.  Hətta əməkdar artist həmin məclisdən çəkilən görüntülərini instaqram səhifəsində də paylaşıb.

 

Həmçinin oxuyun

İrem Dericiden azərbaycanlı müğənniyə etiraf: “Səni Azərbaycan qızlarına yem etmərəm”

Türkiyəli ulduz İrem Dericinin azərbaycanlı müğənni Ayaz Babayevlə bağlı açıqlaması gündəm olub. “Olay” yazır ki, …