Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Şou Biznes / Xoşqədəmi təhqir edən transseksual ondan üzr istədi

Xoşqədəmi təhqir edən transseksual ondan üzr istədi

Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyeva ilə transseksual izləyicisi arasında gərginlik yaşanmışdı.
Aparıcının məhkəməyə verəcəyini dediyi Nura Paşayeva adlı izləyici ötən gün ondan üzr istəyib:
“Sizin kimi dövlətinə xidmət edən xanımı təhqir etməməyi anladım. İşinizdə də hər zaman uğurlarınız olub. Bundan sonra da işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Ona görə də üzrümü, ricamı və xahişimi nəzərə alaraq məni bağışlamağınızı xahiş edirəm”.
X.Baxşəliyeva izləyicisinin xahişinə belə cavab verib: “Məni tanıyanlar bilir ki, tənqidi normal qarşılayan biriyəm. Amma tənqid və təhqiri səhv saldınsa, bax, həmin an gözüm heç nəyi görmür. Mən 3 gün öncə bir qərar verdim. Özümə və ailəmə qarşı təhqir gördümsə, həmin adama qarşı hüquqi müstəvidə mübarizə aparacam. Artıq bəzilərinə qarşı başlamışam. Dünəndən o şəxslər məndən üzr istəyir ki, profilimiz oğurlanıb və yazılanlardan xəbərimiz yoxdur. Bilmirəm gülüm yoxsa ağlayım. Yaxın qohumları xahiş etdilər ki, onu bağışlayım. Mən də səhifəsində bu paylaşımı etdikdən sonra onu bağışlamağa qərar verdim. Düzdür, sonra səhifəsindəki paylaşımları sildi. Deyir sizi təhqir etdiyim üçün millət məni söyür.
Bu paylaşımı etməkdə məqsədim bəzi yerini və danışığını bilməyənlər üçündür. Məni sevməyə bilərsən, amma təhqir edə bilmərsən! Bu xanımı isə yalvarışlarına görə bağışlayıram”.

Qeyd edək ki, cinsi azlıq nümayəndəsi ötən gün aparıcını təhqir etmiş, X. Hidayətqızı isə onu məhkəməyə verəcəyini açıqlamışdı.
Prime-Time

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …