Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Xoşqədəm Hidayətqızı: “Həyəcandan söz tapa bilmirəm” – VİDEO

Xoşqədəm Hidayətqızı: “Həyəcandan söz tapa bilmirəm” – VİDEO

Azərbaycan prezidenti İlham Əliyev televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 
Fəxri ad alanların sırasında yer alan teleaparıcı Xoşqədəm Hidayətqızı “Əməkdar jurnalist” adına layiq görülməsi ilə bağlı təəssüratlarını bölüşüb.
Musavat.com xəbər verir ki, teleaparıcı təqdim etdiyi “Bizə danış” proqramında ölkə başçısına təşəkkürünü bildirib: “Təbrik edən hər kəsə minnətdaram. Mükafatlarım çoxdur. 2005-ci ildə prezidentimiz məni “Tərəqqi” medalına layiq görmüşdü. Bu xəbəri rejissor otağından qulağıma deyəndə reklama ayrılmağımıza saniyələr vardı. Mənim üçün ən böyük və gözəl xəbər idi. Çox təşəkkür edirəm ki, prezidentimiz məni bu ada layiq gördü. Allah dövlətimizi qorusun. Həyəcandan söz tapa bilmirəm. Allah hər kəsə bu sevinci yaşatsın. Allah yaxşı insanların canını sağ eləsin. Allah prezidentimizə can sağlığı versin”.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın