Şənbə , Avqust 24 2019
Ana səhifə / Şou Biznes / Xocalıya ədalət yürüşündə qəh-qəh çəkib gülən deputatlar…- FOTO

Xocalıya ədalət yürüşündə qəh-qəh çəkib gülən deputatlar…- FOTO

Onların protokol qaydalarına əməl etməmələri insanların sərt reaksiyasına səbəb olub

İki gün əvvəl xalqımız 26 Fefral Xocalı faciəsini yad etdi. Prezident İlham Əliyev və 1-ci vitse Prezident Mehriban Əliyevanın iştirakı ilə dövlət hökümət nümayəndələri Xətai rayonunda yerləşən Xocalı abidəsin doğru yürüş keçirdi.
Xocalı faciəsinə həsr olunmuş yürüş zamanı protokol heyətində olan 3 deputat(Nəriman Əliyev, Malik Həsənov və Rüstəm Xəlilovun)faciə qurbanlarına, ümumən xalqımıza və protokol heyətinə hörmətsizlik edərək hər kəsin kədərə büründüyü bir gündə protokolda qəh-qəh çəkib gülmələri Xocalı sakinləri və sosial şəbəkə istifadəçiləri tərəfindən olduqca sərt qarşılanıb. İki gündür bütün sosial şəbəkələrdə adıçəkilən deputatların belə önəmli tədbirdə özlərini apara bilməmələri, protokol qaydalarına əməl etməmələri insanların sərt reaksiyasına səbəb olub.
Prezident İlham Əliyevin dövlət və hökümət nümayəndələrinin iştirak etdiyi və düşmən dövlətin də izlədiyi həmin görüntüləri təqdim edirik.
(bizimyol.info)

Həmçinin oxuyun

Azərbaycanlı müğənninin qızı göl kənarında belə görüntüləndi – VİDEO

Müğənni Təranə Qumralın qızının paylaşdığı yeni videosu müzakirələrə səbəb olub. Unikal.org xəbər verir ki, Qumral həyat …

Bir cavab yazın