Ana səhifə / Şou Biznes / Xınalıq sakini qar adamı gördü – İDDİA

Xınalıq sakini qar adamı gördü – İDDİA

Qubanın Xınalıq kənd sakini Babaəli Babaəliyev qar adamı gördüyünü iddia edir.
ARB xəbər verir ki, 58 yaşlı kənd sakini Qar adamına 30 il öncə rast gəldiyini söyləyir.
Dediyinə görə, bu varlığa ov edən zaman rast gəlib. Qar adamını Xınalıq kənd sakinlərindən Babaəli Babaəliyevdən başqa görən olmayıb. Kənd sakini mağarada onunla üz-üzə oturan Qar adamını tüfənglə öldürmək istəyib. Lakin ona zərər vermədiyindən bu fikrindən daşınıb.
Babaəli Babaəliyev: “Həmin məxluqla 1986-cı il, mən ova gedəndə mağarada rastlaşdıq. Gəldi mağaraya, oturdu. Gecə saat 01:15-dən 04:00-a qədər. Çox qalın tükü yoxdur. Hardasa 5-7 sm-lik. Alnı bir az yastıdır. İnsan kimidir. Əl, ayaq. Boynunda, sinəsində qırmızı ət görünürdü. Boyu 3 m olardı”.
Bir çoxları bu varlığı gördüklərini desələr də, onun mövcudluğu tam təsdiqini tapmayıb.
Belə fikirlər var ki, bu müqəddəs hominid məməlilərə aid olan, insanların əcdadlarından qalmış, primatlar dəstəsinin insan növünə aiddir. Canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur isveçli həkim Karl Linney onu mağara adamı kimi təyin edib.
Babaəli Babaəliyev: “İlk 6 ay heç kəsə demədim. Öz qorxumdan. Fikirləşirdim ki, gəlib mənə deyər ki, səni mən görmüşdüm. Niyə məni “şantaj” elədin. Bax ona görə”.
 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın