Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Şou Biznes / Xidməti vəzifələrini kobud şəkildə pozan səfirlər geri çağırılacaq – FƏRMAN

Xidməti vəzifələrini kobud şəkildə pozan səfirlər geri çağırılacaq – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də dəyişik edib.

“Report”un xəbərinə görə, dövlət başçısı bununla bağlı fərman imzalayıb.

İndiyədək səfir və ya səfirliyin digər əməkdaşları Azərbaycanın və ya qəbul edən dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycanın qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırıla bilərdi.

Dəyişikliklə, səfir və ya səfirliyin digər əməkdaşları xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin Azərbaycanın və ya qəbul edən dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırılacaqlar.

Qeyd edək ki, səfirlər Azərbaycan Prezidenti tərəfindən təyin edilir və geri çağırılır.

Həmçinin oxuyun

“Ermənilər Paşinyanın ətindən dönər hazırlamaq istəyirlər” – Brilliant Dadaşova

“Yaralar o qədər dərindir ki, onların qaysaq bağlamasına  hələ çox vaxt lazımdır. Çünki biz təkcə …

Bir cavab yazın