Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Xidmət rəisi: “İndiyədək 32 mindən çox şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub”

Xidmət rəisi: “İndiyədək 32 mindən çox şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub”

“Miqrasiya sahəsində görülən tədbirlər nəticəsində 1033 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölkəmizin vətəndaşlığına qəbul olunub. Bununla belə, ötən dövr ərzində 32 mindən çox şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.
O xatırladıb ki, Azərbaycan BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub: “Vətəndaşsızlıq hallarının qısa zaman ərzində aradan qaldırılması üçün Miqrasiya Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir”.
F.Nəbiyev qeyd edib ki, bundan əlavə, 2015-ci ildə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura yaradılıb: “Şura vasitəsilə miqrasiya sahəsində ictimai iştirakçılıq daha geniş tətbiq olunur. Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın