Ana səhifə / Şou Biznes / Xeyrəddin Qoca: “Quldura oxşayırlar, kəf gəlirlər”

Xeyrəddin Qoca: “Quldura oxşayırlar, kəf gəlirlər”

Sabiq deputat, Azərbaycanın İstanbuldakı sabiq konsulu Xeyrəddin Qoca restoranlarda müştərilərə göstərilən xidmətin vəziyyətini kəskin tənqid edib.

Teleqraf.com xəbər verir ki, publisist tənqidi fikirlərini Feysbuk səhifəsində paylaşıb.

Xeyrəddin Qocanın fikilərini təqdim edirik:

“Qonaqpərvərlikdən çox danışırıq! Bizdə qonaqpərvərlik var? Gəlin, bir gündə 50 restorana gedək. Heç kim qarşımıza çıxıb bizi qaşılamayacaq, gülər üz görməyəcəyik.A kişi, mən sənin müəssisənə, evinə gəlmişəm, sənə çörəkpulu qazandırmağa gəlmişəm, məni qarşılayıb niyə yer göstərmirsən?Sifariş verirsən, 4 nəfərə 1 ədəd pamidoru, bir ədəd xiyarın hərəsini 4 yerə bölüb qoyurlar qarşına! Bəzən salat məhsullarını səhər tezdən hazırlayırlar, qonaqların qaşısına gətirənə kimi qaralır. Çörək gətirirlər, duz yaddan çıxır. Xidmətçılər getdilər, gəlmək bilmirlər. Mədəni danışıqları yox, davranışları yox! Çoxu da üzütüklü, quldura oxşayırlar! Əməlli-başlı yemək də yox! Sonda da müştəriyə haqq-hesabda kəf gəlirlər. Müdirlər də özlərini nazir kimi aparırlar. Bu sahədə xidmətin sıfır səviyyəsində olduğunu hamı bilir. Bəzi yerlər var ki, dünya mədəniyyətindən nəsə götürüblər. Səviyyəsiz xidmət barədə çox yazmaq olar”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın