Müğənni Xatun Əliyeva qardaşı Balaşın ölümündən sonra ilk dəfə efirə çıxıb.
ARB telekanalında yayımlanan “Söhbət var” verilişində qonaq olan ifaçı gözyaşlarına hakim ola bilməyib. O, qardaşına nəsə olacağını öncədən hiss etdiyini deyib:
“Hiss edirdim ki, ona nəsə olacaq. Öz övladlarına atalıq edə bilmədi”.
Qeyd edək ki, stilist Balaş (Balağa Əliyev) bir neçə ay öncə qan xərçəngi (Leykoz) səbəbindən gənc yaşda vəfat edib.