Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Xatun bu dəfə Ayanla dalaşdı: “Dedim ki, səni bilirsən, neyləyərəm?”

Xatun bu dəfə Ayanla dalaşdı: “Dedim ki, səni bilirsən, neyləyərəm?”

Müğənni Xatun “ATV maqazin” verilişinin “33 sual”  rubrikasının qonağı olub.

Müğənni bu dəfə Ayanla mübahisə edib: “Mən ondan neçə bayram böyüyəm, elə söz var ki, mənə demək olmaz. Elə bil Ayan anadır, mən balasıyam, üstümə qısdırır. Mən də söz götürməyən adamam. Söz götürən olsaydım, ər evində qalıb, ərimin sözünü götürərdim. Bir dəfə dedim ki, səni bilirsən neyləyərəm? Bilsin ki, qabağındakı “çikantora” deyil”. 

Qeyd edək ki, Xatun “ATV maqazin onlarla” verilişində Natavanı “anakonda” adlandırmışdı: “Bir  dəfə Natavanla aramızda soyuqluq olmuşdu, özü barışdı. Onu başa düşmürəm, məcbur da deyiləm, istəmirəm də. Mənə uşağıyammış kimi davranmağı lazım deyil. Natavan, Səidə, Kərim, Ramal və mən qruplaşma yaratmışdıq. Natavan da orada “anakondalıq” edirdi. Mən də dedim ki, otur yerində. Allah köməyi olsun”. Musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …