Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Şou Biznes / Xatirə İslamın müraciətinə İcra Hakimiyyətindən CAVAB – Video

Xatirə İslamın müraciətinə İcra Hakimiyyətindən CAVAB – Video

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam Binəqədi rayonu Novxanı-Goradil yolunun bərbad vəziyyətdə olması barədə ötən gün sosial şəbəkələr vasitəsi ilə paylaşım edərək aidiyyəti qurumları problemlə maraqlanmağa çağırıb.

Baku TV-nin əməkdaşları yayılan videodan sonra vəziyyətlə yerində tanış olmaq üçün əraziyə yollanıblar. Burada yaşayan sakinlərlə söhbətdən sonra aydın olub ki, sözügedən yol uzun illər bərbad vəziyyətdə olub. Ötən ilin yay aylarında yolun kənarında yerləşən su kanalında aparılan təmir işlərindən sonra isə yol tamamilə yararsız hala düşərək, həm avtomobillər, həm də piyadalar üçün keçilməz olub.

Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazi rayon İcra Hakimiyyətinin balansındadır. Yolun, bərbad vəziyyətdə olmasına da onlar cavabdehdirlər.

Məsələni aydınlaşdırmaq üçün Binəqədi rayon icra hakimiyyətinə yollandıq. Burada isə İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Kənan Kərimov suallarımıza telefon vasitəsilə cavab verdi. İcra nümayəndəsi bildirdi ki, həmin yol Azərbaycan Melarasiya və Su təsərrüfatı ASC-nin apardığı təmir işləri nəticəsində dağıdılıb. Söz verilib ki, işlər tamamlandıqdan sonra qısa zamanda yol təmir olunacaq.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …