Ana səhifə / Şou Biznes / Xatirə İslamdan Türkan-Sevda qalmaqalına reaksiya: “”Şandrika” mahnılara daha çox tələbat var”

Xatirə İslamdan Türkan-Sevda qalmaqalına reaksiya: “”Şandrika” mahnılara daha çox tələbat var”

“Bu gün “şandrika” mahnılara daha çox tələbat var. Musiqi duyumu olmayan və maddi durumu yüksək olan insanlar bu gün çoxluq təşkil edir”.

Bu sözləri müğənni Xatirə İslam öz “İnstagram” hesabında yazıb. Sənətçi etiraf edib ki, son vaxtlar reytinq yaradan, qalmaqala səbəb olan ifaçılara və onların mahnılarına daha çox tələbat var:

“Gəlin, düz danışaq. Siz ifaçını bayağı mahnı ilə daha çox tədbirlərinizə dəvət edirsiniz. Deməli, sizə belə mahnılar lazımdır. Bu gün ölkədə baş tutan tədbirlərdə ən çox hansı musiqilər səslənir? Bu gün daha çox səhnə dəvəti alanlar hansı ifaçılardır? Bu gün efirlərdə reytinq, gündəm yaradan hansı ifaçılardır? Qalmaqala çox baxırsınız, yoxsa musiqili verilişə? Aparıcı qalmaqal edib, bütün reytinqləri vuranda ölkə o verilişdən danışır. Belə də davam edir. Sizə nə maraqlıdırsa, ifaçılar sizə onu hazırlayıb təqdim edir.

Qaldı bayağı dediyiniz ifaçılara çox tələbatın olmasına, tədbirlərinizə ifaçı yəqin ki, özü gəlmir, siz dəvət edirsiniz, yüksək qonorar verirsiniz”.

Müğənni qeyd edib ki, əksəriyyət bayağı mahnı ifa edənlərə gizlin qulaq asır:
“Çünki içi odur. Amma məclisinə səviyyəli musiqi təqdim edən ifaçıları dəvət edir. Özünüz olun, daha bəsdir. Sərbəst olun, içiniz istədiyi adam olun. Zövqünüzdən utanırsınızsa, bir az dəyişin, xanımlar və cənablar”.

Xatırladaq ki, iki gün öncə Əməkdar artist Sevda Ələkbərzadə İçərişəhərdə keçirilən konsertdən müğənni Türkan Vəlizadənin “Ağlıma bir ad gəlir” ifasını paylaşaraq, tənqid etmişdi. Qarşı tərəf isə buna “Azlıq hər zaman çoxluğa tabe olub” sözləri ilə cavab verib. Musavat.com

Həmçinin oxuyun

“Qələt edir! Danışanın dilini kəsərəm, hamısının zir-zibilini bilirəm”

Əməkdar artist Cavanşir Məmmədov aparıcı Lətafət Ələkbərovanın ona ünvanladığı botoks ittihamına sərt reaksiya verib. Oxu.Az-a …