Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Şou Biznes / “Xatirə İslam öz sirlərini açsa, telekanalımız ona qonorar ödəyər”

“Xatirə İslam öz sirlərini açsa, telekanalımız ona qonorar ödəyər”

Müğənni Xatirə İslamın verilişlərə qonorarla çıxacağını açıqlaması müzakirə olunmağa davam edir.
Müəğənninin fikirlərinə sənət dostları da dəstək çıxıb. Müğənni Elnarə Xəlilova, Xuraman Şuşalı və başqa sənətçilər həmkarlarını birlik olmağa səsləyib.

Prodüser Təranə Səmədova isə Musavat.com-a açıqlamasında qeyd edib ki, Xatirənin qərarı Azərbaycanda birmənalı qarşılanmayacaq:

“Dünyanın bir çox ölkələrində sənətçilər efirə pul qarşılığında çıxır. Xatirənin tələbi məqsədəuyğundur. Pandemiyadan sonra telekanallarda maddi sıxıntılar var, sponsorlar azalıb. Bu vəziyyətdə telekanallar Xatirəyə pul ödəməyəcək. Hətta onu qara siyahıya da ata bilərlər. Xatirə sadəcə olaraq seçim edə bilər, reytinqləri yüksək olan verilişlərə çıxsın, bəyənmədiyi verilişlərə çıxmasın. Mən sənətçilərə dəstəyəm, istəyərəm qonorar ödənsin onlara. Lakin Azərbaycanda işləyəcək sistem deyil”.

terane_semedova_0622.jpg (79 KB)

T. Səmədova bildirib ki, səviyyəli müğənnilərin efirdən imtina etməsi televiziyalarda sənəti olmayan ifaçıların artmasına səbəb olub:
“Biz Azərbaycanda ancaq müharibə dövründə bir olduq. Başqa vaxt bizdə birlik yoxdur. Sənəti olan sənətçilər Xatirə ilə birlik olsalar, televiziyalar məcbur olub qonorar ödəyər. Bizdə birlik olmadığı üçün Xatirə və Elnarə Xəlilova fikirlərinə görə tək qalacaqlar. Onsuz da illərdir ki, sənəti olanlar kənarda qalır, istedadsızlar önə gedir. Baxırsan ki, “nay-nanay” oxuyanlar birinci gün bir telekanaldadır, ikinci gün digər telekanalda. Mən efirdə Samir Bağırovu, Samir Cavadzadəni, Cabir Abdullayevi görmək istəyirəm. İstedadlı insanlar istedadlarına güvənib kənara çəkiliblər. İstedadsızlar arsızlıqlarından istifadə edib, önə gedirlər”.

Bəs, televiziyalar müğənnilərin qonorar tələbinə nə deyir?

Saytımıza açıqlama verən ARB telekanalının mətbuat katibi Ozal İbrahimli bildirib ki, “Onun sirri” verilişində qonaq olan sənət adamlarına ödəniş edirlər:

“Biz bu günə qədər heç bir müğənnini ödəniş müqabilində efirə çıxarmamışıq. Sadəcə olaraq ARB telekanalının efirində “Onun sirri” adlı veriliş var, hansı ki, Rusiyanın NTV kanalının lisenziyası əsasında rəsmi olaraq alınıb. Bu verilişin qaydalarına uyğun olaraq, müğənni öz sirrini açır və bunun müqabilində də pul qazanır. Əgər Xatirə İslam öz sirlərini açıb pul qazanmaq istəyirsə, buyurub “Onun sirri”ndə qonaq ola bilər”.

Həmçinin oxuyun

“Fəlakət”in keçmiş arvadı sirləri açdı: “Susmağımız, bəlkə də, doğru deyil”

Xəbər verdiyimiz kimi Fəlakət obrazı ilə tanınan Elşən Orucov boşanıb. Aktyor təxminən iki ay öncə …