Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Şou Biznes / Xatirə icra başçısına müraciət etdi – Video

Xatirə icra başçısına müraciət etdi – Video

Tanınmış müğənni Xatirə İslam yollarının pis vəziyyətdə olmasını əks etdirən görüntüləri “İnstagram” hesabında paylaşıb.

Müğənni artıq 7 aydır yaşadığı Novxanı qəsəbəsində yolların pis vəziyyətdə olmasından gileylənib. Xatirə İslamın sözlərinə görə, yol ərazidə aparılan qazıntı işlərində sonra bu vəziyyətə düşüb.

İfaçı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edib:

“Biri daşı daş üstünə qoyanda tökülüb gəlirsiniz. Amma bunu da həll etmək lazımdır. Evimizə gedə bilmirik. Bütün Novxanıda əziyyət çəkən sakinlərin adından xahiş edirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə, nəyəsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Hər gün maşınlar bir-birinə dəyir, ziyan görür”.

Müğənninin videonun sonunda evinə getmək üçün israrla batıb qalan maşının yanından öz avtomobili ilə həmin maşını əzməsi görünür.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …