Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Xarici dövlət bayraqları ilə bağlı məsələnin aktuallaşması Nardaranla bağlıdır”

“Xarici dövlət bayraqları ilə bağlı məsələnin aktuallaşması Nardaranla bağlıdır”

Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarını qanunsuz qaldıranlar, nümayiş etdirənlərə qarşı cəzalar sərtləşdirilir. Belə ki, əvvəli illərdən fərqli olaraq, bundan sonra belə bir qanunsuzluğa yol verən şəxslər önəmli miqdarda cərimə ödəməli olacaq.
Maraqlıdır, xarici dövlət və beynəlxalq təşkilatların bayrağı ilə bağlı belə bir qadağanın gündəmə gəlməsi nə ilə bağlıdır? Bu, təqdir, yoxsa tənqid edilməsi gərəkən dəyişiklikdir?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər məlum dəyişikliyi alqışladığını vurğuladı:
“Bu sahədə qayda-qanunun yaradılması, hüquqi normaların müəyyən edilməsi məncə, yerində atılmış bir addımdır. Dünyanın ən demokratik ölkələrində belə bütün məsələlər hüquqi normalarla tənzimlənir. Hüquqi tənzimləmə baxımından bu yeniliyə müsbət baxıram.
Yəqin ki, bu dəyişikliyin gündəmə gəlməsi Nardarana baş verən hadisələrlə bağlıdır. Bildiyiniz kimi, Azərbaycanda bəzi xarici ölkələrin bayraqları qaldırılır, onların simvollarından istifadə olunur. Görünür, bunun qarşısını almaq üçün hökumət inzibati tədbirlər görmək niyyətindədir. Mənə elə gəlir ki, bu məsələnin gündəmə gəlməsi əsasən Nardaran olayları ilə bağlıdır və müsbət qiymətləndirilməlidir”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın